Gürcüstanda müxalifət seçki nəticələrinə görə aksiya edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Gürcüstanda Tibilisidəki parlament binası önündə müxalif siyasi liderlər və onların tərəfdarları etiraza başlayıb. Azadlıq Radiosunun gürcü xidməti məlumat verir ki, noyabrın 1-də başlanan mitinqdə onlar bir gün öncə keçirilən seçkilərin saxtalaşdırıldığını, nəticələri qəbul etmək fikrində olmadıqlarını bildiriblər.