Hələlik, ölənlər barədə məlumat yoxdur
Türkiyənin qərb sahilində yerləşən İzmir vilayətində 7 bal gücündə zəlzələnin baş verdiyi bildirilir. Zəlzələnin episentri Egey dənizinə düşüb.
Onlarla yaşayış binasının və otelin dağıldığı xəbər verilir. Hadisə yeridə xilasedicilər işləyir.
Hələlik, ölənlər barədə məlumat yoxdur.
Yeraltı təkanlar İstanbul və Afinada da hiss olunub. Samos yunan adasında xəsarət alanların olduğu bildirilir.
1999-cu ildə Türkiyənin İzmit şəhərində güclü zəlzələ baş vermişdi. 17 minədək insan həlak olmuşdu.