Prezidenti karantinə götürürlər

Rumen Radev parlamentdə

Estoniyada investisiya forumuna qatılmış Radev oktyabrın 20-də səfərini yarımçıq kəsərək Bolqarıstana qayıdıb

Bolqarıstan Prezidenti Rumen Radev Estoniyaya rəsmi səfərdən qayıdandan sonra ölkəsində karantinə alına bilər. Prezident bu yaxınlarda koronavirusa yoluxmuşdu.

Estoniyada investisiya forumuna qatılmış Radev oktyabrın 20-də səfərini yarımçıq kəsərək Bolqarıstana qayıdıb.

Səhiyyə naziri Kostadin Angelov həmin gün deyib ki, Radev oktyabrın 16-da testi müsbət çıxmış hərbi məmurla təmasda olub.

Angelov Radevin ölkədəki səhiyyə qaydalarına uyğun olaraq karantinə yerləşdiriləcəyini vurğulayıb.

Radev Sofiya aeroportunda Tallin otelində özünün və nümayəndə heyətinin karantində saxlanması haqda estoniyalı həmkarının dediyini təkzib edib.

Prezident vəzifəsi əsasən protokol xarakterli olan Radev sonuncu dəfə oktyabrın 19-da koronavirus testinin neqativ çıxdığını söyləyib.

Bolqarıstanda indiyədək 30 min 500-dən çox yoluxma, mindən çox ölüm halı qeydə alınıb.