ABŞ Prezidenti Donald Tramp və onun Demokrat partiyasından rəqibi Co Bayden oktyabrın 18-də ölkənin bir-birinə əks tərəflərində seçki təbliğatı aparıblar. Onlar dörd il öncə rəqib partiyanın udduğu ştatlarda daha çox səs toplamağa çalışırlar.
Tramp Qərb ştatlarındadır, Nevadada iki tədbir keçirib. Oktyabrın 19-da Arizonada olacağı gözlənir.
Bayden isə əvvəlcə doğma Delaver ştatına, daha sonra Şimali Karolinaya gedib. 2008-ci ildən bəri Şimali Karolinada demokrat namizəd qalib gəlməyib.
28 milyonadək amerikalı artıq poçtla, yaxud şəxsən səs veriblər. Prezident seçkisi noyabrın 3-nə planlaşdırılır.
Oktyabrın 22-də iki namizədin Tennesi ştatında debatı gözlənir. Oktyabrın 15-də onlar ayrı-ayrılıqda sualları cavablandırması televiziya ilə eyni vaxtda yayınlanıb.