Birləşmiş Ştatlarda yeni koronavirusa yoluxma halları 8 milyona keçib. Hər gün ölkədə onminlərlə yeni yoluxma təsdiqlənir.
Oktyabrın 15-də Birləşmiş Ştatlarda 60 minə yaxın yeni yoluxma aşkarlanıb. Bu, avqustun 14-dən ən yüksək rəqəmdir.
Səhiyyə ekspertləri bu artımın səbəbini bilmirlər, amma əhalinin tövsiyələrə əmı etməməsini, tələbələrin dərsə qayıtmasını əsas gətirirlər.
Pandemiya başlanandan ABŞ-da COVID-19-dan 217 mindən artıq xəstə vəfat edib.
Avropada da yoluxmalar sürətlə artır. Almaniya, Çexiya, İtaliya və Polşada yoluxma sayı yazdakı rəqəmlərə çatır.
Almaniyada son 24 saat ərzində 7 min 300-dən çox yoluxma təsdiqlənib ki, bu, martın sonundakı rekorddan çoxdur. 83 milyon əhalisi olan ölkədə testin miqyası da genişləndirilir.
Rusiyada oktyabrın 15-də bir sutkada 286 nəfərin xəstəlikdən vəfat etdiyi açıqlanıb. İndiyədək ölkədə 1.33 milyon yoluxma təsdiqlənib, 23 min 491 xəstə vəfat edib.