Qroznıda dörd ‘silahlı’nın öldürüldüyü deyilir

Əməliyyatın keçirildiyi yer

TASS dövlət xəbər agentliyi daxil olmaqla digər mənbələr atışmada üç zabitin öldürüldüyünü yazır

Rusiyanın Şimali Qafqazdakı Çeçenistan regionunun hakimiyyəti paytaxt Qroznıda “dörd silahlı”nın öldürüldüyünü bildirir.

Medianın yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yazmasına görə, oktyabrın 13-də xüsusi əməliyyat zamanı Milli Qvardiyanın iki zabiti öldürülüb, bir polis əməkdaşı isə yaralanıb.

TASS dövlət xəbər agentliyi daxil olmaqla digər mənbələr atışmada üç zabitin öldürüldüyünü yazır.

Rəsmilər xüsusi əməliyyatın yarım saat çəkdiyini, “silahlıların” gizləndiyi evin yandırıldığını qeyd edir.

İki gün öncə regionun qərbində iki “silahlı”nın öldürüldüyü deyilirdi.

Öldürülən şəxslərin həqiqətən silahlı olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Regionun Kremlin dəstəklədiyi lideri Ramzan Kadırov onun avtoritar hakimiyyətinə qarşı çıxan istənilən şəxsi “silahlı”, yaxud “terrorçu” adlandırır.