Azərbaycan pasportu gücünə görə neçəncidir

Pasport

2020-ci ilin Pasport İndeksi açıqlanıb. Bu indeks dünyanın ən güclü pasportlarını müəyyənləşdirir. İndeksin əhatələdiyi 199 pasportun 193-ü BMT üzvü olan ölkələr, 6-sı ərazilərdir.

Pasport İndeksini "Arton Capital" şirkəti hazırlayır. Viza qaydalarına dəyişiklik edildikcə, yenilənir.

Pasportlar ümumi mobillik balı üzrə dəyərləndirilir.

Dünyanın ən güclü pasportu Yeni Zelandiyaya məxsusdur, bu ölkənin mobillik balı 129-dur.

İkinci yeri 128 bal yığmış Almaniya, Avstriya, Lüksemburq, İsveçrə, İrlandiya, Yaponiya, Cənubi Koreya, Avstraliya tutur.

Azərbaycan pasportu 61 balla 49-cu yerdədir.

Qonşulardan Gürcüstan 100 balla 15-ci, Ermənistan 57 balla 53-cü, İran isə 37 balla 71-ci yerdə qərarlaşıb.

Pasportun gücü vizasız gedilən ölkələr deməkdir.