2020-ci ilin Fizika üzrə Nobel mükafatı üç alimə verilib. Mükafatın yarısı Rocer Penroseyə “Qara dəliyin meydana gəlməsinin ümumi nisbilik nəzəriyyəsinin vacib proqnozu olduğunu aşkar etdiyi”, digər yarısı isə Reynhard Genzel və Andrea Gezə “Qalaktikamızın mərkəzində çox böyük bir kompakt cisim kəşf etdikləri üçün” verilib.
“Bu ilin laureatları kompakt və çox böyük cisimlərin öyrənilməsində yeni yol açıblar”, – Fizika üzrə Nobel Komitəsinin sədri Deyvid Heyvilend deyib.
Penrose 10 milyon İsveç kronu dəyərində mükafatın yarısını, Genzel və Gez isə hərəyə dörddə birini alacaqlar.