Tibb üzrə Nobel qalibləri bilindi

Mükafatın qalibləri amerikalılar Harvi Uolter və Çarlz Rays və britaniyalı Maykl Houtondur. Qaliblərin adları Stokholmda mərasimdə açıqlanıb

2020-ci il fiziologiya və tibb üzrə Nobel mükafatı Hepatit C virusunu kəşf edən və bu xəstəliklə mübarizəyə töhfəsini vermiş alimlərə təqdim olunub.

Mükafatın qalibləri amerikalılar Harvi Uolter Çarlz Rays və britaniyalı Maykl Houtondur. Qaliblərin adları Stokholmda mərasimdə açıqlanıb.

Nobel komitəsinin məlumatında deyilir ki, məhz bu alimlər sayəsində xroniki hepatiti yaradan səbəblər müəyyənləşib, milyonlarla həyatı xilas etmiş yeni preparatlar hazırlanıb.

85 yaşlı Harvi Uolter amerikalı virusoloq və infeksionistdir. Maykl Houton Kanadanın Albert vilayətində virusologiya institutunda işləyir. Çarlz Rays isə Nyu Yorkdakı Rokfeller universitetində virusologiya üzrə professordur.

Nobel həftəsi adətən tibb üzrə qaliblərin elan olunması ilə başlanır.