Karantin noyabrın 2-nə kimi uzadıldı

Bakıda karantin yoxlamaları

Baş nazir Əli Əsədov noyabrın 28-də "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Bundan başqa, bu il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək, 31 oktyabr saat

00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti dayandırılır.

Azərbaycanda bu il martın 24-dən karantin rejimidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 33 milyon 342 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə kimi ümumilikdə 40 min 61 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyi, onlardan da 588 nəfərin vəfat etdiyi açıqlanıb.