Azərbaycan ordusu təlimə başlayıb.
Bu barədə sentyabrın 22-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumatda yazılıb ki, bu, müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin planına uyğun həyata keçirilir: "Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir".
Nazirlik bildirir ki, keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin hazırlığının artırılması, maşınların çətin keçilən ərazilərdə idarə edilməsi və vərdişlərin təkmilləşdirilməsidir.