Özbəkistan oktyabrın 1-dən beynəlxalq uçuşlara qadağanı qaldıracağını deyir.
Hökumət komissiyası sentyabrın 17-də bildirib ki, koronavirus qadağalarına əməl edən beynəlxalq turistlər üçün ölkə açılacaq.
Özbəkistan martın ortasından pandemiya səbəbindən sərhədlərini bağlayıb, nəqliyyat əlaqələrini dayandırırb.
Bu müddətdə çarter reysləri və xüsusi qatarlar işləyib, ölkədə ilişib qalmış əcnəbilər repatriasiya olunub.
Sentyabrın 18-dək Özbəkistanda 50 minə yaxın koronavirusa yoluxma halı təsdiqlənib, 415 nəfər vəfat edib.