Azərbaycan iqtisadiyyatı 8 ayda 3 faiz kiçilib

Xəzərdə neft platforması

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 45 mlrd. 962.5 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1.7, neft-qaz sektorunda isə 4.9 faiz azalıb.

ÜDM istehsalının 35.2 faizi sənaye, 11.2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7.6 faizi də nəqliyyat və anbar təsərrüfatının payına düşür. Bura habelə, 7.2 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 6.1 faiz tikinti, 2 faiz informasiya, rabitə, 1.3 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə daxildir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 611.7 manata bərabər olub.

İqtisadçılar bunu neftin ucuzlaşması və koronavirus pandemiyası ilə izah edirlər.