Tədris planı təsdiq edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu il məktəb bazarlığı fərqlidi, valideynlər nə almır?

Təhsil Nazirliyi tədris planını təsdiq edib.

Bu barədə bu gün, sentyabrın 7-də Təhsil Nazirliyi açıqlama verib.

Açıqlamada yazılıb ki, bu, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin qərarına uyğundur.

Açıqlamaya görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

Nazirlik bildirib ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) başlayacaq: "V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formalarda başlayır"

Açıqlamaya görə, valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər: "Eləcə də, ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək".

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin rejimidir.

Bundan əvvəlki tədris ilində isə koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda dərslər martın 3-dən dayanmışdı. Onda dərslər tədris ilinin sonuna kimi (iyunun 15-i) onlayn keçildi.