132 yeni yoluxma aşkarlanıb, 2 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, bu xəstəliyə tutulanlardan isə 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 37031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 48, ötən müddət ərzində isə ümumilikdə 949 min 313 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 26 milyon 520 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 874 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.