Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu Bakının "Neftçi" klubunun da növbəti rəqibi bəlli olub.
Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərində bu gün, avqustun 31-də keçirilən püşkatmada müəyyənləşib.
Bakı təmsilçisinin budəfəki rəqibi "Qalatasaray" (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq.
Qalibin bir qarşılaşmada müəyyənləşəcəyi oyun Bakıda keçiriləcək.
I təsnifat mərhələsində "Neftçi" "Şkupi"ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub etmişdi.
"Neftçi"nin budəfəki rəqibi "Qalatasaray" 2000-ci ildə Avropa Liqasının (Həmin vaxt UEFA Kuboku) qalibi olub.
"Qalatasaray" klubunun Azərbaycanda da çoxsaylı fanatik azarkeşinin olduğu bildirilir. Amma koronavirus pandemiyası ilə bağlı hazırda stadionlara azarkeşlər alınmır.