Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksievich çərşənbə günü Belarus İstintaq Komitəsində dindirilib.
Bu dindirilmə seçkidən sonra Belarus müxalifətinin yaratdığı koordinasiya şurası ilə bağlı olub. Belə ki, hakimiyyət belə bir Şuranın yaradılmasını qanunsuz sayır və hesab edir ki, bu hakimiyyəti ələ keçirməyə cəhddir. Elə cinayət işi də bu maddə ilə açılıb. Svetlana Aleksievich sözügedən Şurada təmsil olunduğu üçün bu işdə şahid qismində təxminən 40 dəqiqə dindirilib.
Buna da bax: Belarusda yeni müxalif qurumla bağlı cinayət işi açılıbMəhkəmə binasından çıxan Svetlana Aleksievich dindirmə zamanı özünə qarşı ifadə verməkdən imtina etdiyini və bununla da istintaq hərəkətlərinin bitdiyini bildirib.
Bundan əvvəl Şuranın digər iki üzvü - keçmiş mədəniyyət naziri Pavel Latushko və prezidentliyə namizəd Viktor Babariko-nun vəkili Maksim Znak dindirilib.
Digər iki məclis üzvü, Olqa Kovalkova və Sergey Dylevski, bazar ertəsi saxlanılıb və onların hər birinə 10 sutkalıq həbs verilib.
Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Lukashenka qalib elan edilib.
Buna da bax: 'Mozaik psixopatiya': 1978-ci ildə Lukashenkaya qoyulan diaqnoz
Bundan sonra ölkədə başlayan etirazlar hələ də davam etməkdədir. Etirazçılar Lukashenka-nın istefası və yeni sseçki keçirilməsini tələb edir. Lukashenka isə istefa verməyəcəyini bildirir. Yeni seçki keçirilsin tələblərinə də o artıq seçkinin avqustun 9-da keçirildiyini deyir. Belarusda baş verən etirazlarda yüzlərlə insan tutulub, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda isə ən azı 1 nəfər həlak olub. Bundan sonra Belarus müxalifəti Kordinasiya Şurasını yaradıb.