Avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı müşavirədə çıxış edib. Hələlik, çıxışın mətni açıqlanmayıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyon 990 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 711 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ndiyədək ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 nəfərin vəfat etdiyi açıqlanıb.