Azərbaycan XİN Livana başsağlığı verib

Beyrutda partlayış, 4 avqust 2020

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat yer alıb. “Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100-ə qədər insanın öldüyü, 4 mindən çox insan isə xəsarət aldığı bildirilir.

Buna da bax: Beyrut partlayışı qurbanlarının sayı 135-ə yüksəldi (VIDEO)