Rusiyanın Norilsk şəhərində istilik elektrik stansiyasında bir nəfər həlak olub.
Fövqəladə Hallar Nazirliyinin yerli filialının avqustun 3-də bildirməsinə görə, yanğın stansiyanın təmir gedən bölümündə baş verib, insident stansiyadakı əməliyyatlara təsir göstərməyib.
TETs-2 istilik elektrik stansiyası dünyada aparıcı palladium və nikel istehsalçısı olan Nornickel-in filialına məxsusdur. Bu şirkətin sahibi isə Rusiyanın ən zəngin adamı Vladimir Potanin-dir.
Mayın 29-da Nornickel TETs-3 adlı başqa bir istilik elektrik stansiyasından çaya və Pyasino gölünə 21 min ton dizel yanacağı axmışdı.
Rusiyanın Rosprirodnadzor ekoloji nəzarət qurumu sızmanın vurduğu ziyanı 2 milyard dollar dəyərləndirmişdi.
Norilsk Nickel ötən ay bildirirdi ki, aviasiya yanacağı kəmərindən Arktik regionunda sulara 45 ton yanacaq axıb.