İranda yeni koronavirusa yoluxanların sayı 301 min 500-ü keçib. Səhiyyə Nazirliyinin rəsmi rəqəmləri bu gün dövlət televiziyasında elan olunub.
Aprelin ortasında qadağalar qaldırılandan ölkədə yoluxma sayı kəskin artıb.
Pandemiyadan ölənlərin sayı isə 16 min 500-ü ötüb.
Prezident Hassan Rouhani şənbə günü əhalini qarşıdan gələn Qurban bayramı günlərində ictimai səhiyyə, sosial məsafə qaydalarına əməl etməyə çağırıb.
Səhiyyə nazirinin müavini Iraj Harirchi sakinləri şimal-şərqdə yerləşən müqəddəs Məşhəd şəhərinə getməməyə çağırıb. Bu şəhərdə son bir ayda COVID-19-a yoluxmalarda 300 faiz artım baş verib.
İyulun 31-dən dünya müsəlmanları Qurban bayramını qeyd edirlər. Bu il Səudiyyə Ərəbistanı pandemiyanın yayılmasını səngitmək üçün həcc ziyarətinə gedənlərin sayını kəskin azaldıb.