Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri Sahib Xəlilov və icra hakimiyyəti başçısının həmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Rahib Xəlilov tutulub.
Bu barədə bu gün, iyulun 29-də Baş Prokurorluq məlumat yayıb.
Məlumatda yazılıb ki, iyulun 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində cinayət işi başlayıb. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə ittiham olunurlar.
Hələlik, bu açıqlamaya həmin şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.