Bu gün, iyulun 29-də Dövlət Sərhəd Xidmətinin (DSX) bir hərbi qulluqçusunun vəfat etdiyi bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, saat 09:15 radələrində DSX-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Mərhumun 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırıldığı qeyd edilir.
"Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır",-açıqlamada yazılıb.
Bu açıqlamaya, hələlik, mərhum hərbi qulluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.