İyulun 27-dən Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunub

Kiyevdə 2014-cü ilin fevral etirazları

Ukrayna, Rusiya və ATƏT-in təmsilçiləri iyulun 27-dən Ukraynanın şərqində atəşkəslə bağlı razılaşma əldə ediblər.

2015-ci ildə Minskdə Almaniya və Fransanın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sülh razılaşması əldə olunsa da onun icrası rəvan getməyib.

Ötən ilin dekabrında dörd ölkənin lideri Parisdə sammitdə görüşdü. Bundan sonra Kiyev və Rusiyanın dəstəklədiyi separatçılar məhbus mübadiləsi həyata keçirdilər.

Moskva Ukraynanın şərqində əsgərləri olmadığını deyir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb.

O vaxtdan bəri münaqişədə 13 min 200-dək adam həlak olub.