Soleimani-nin yerini deməkdə təqsirləndirilən edam olundu

Qasem Soleimani -ni anım mərasimi

İran ədliyyəsi ölkənin aparıcı komandiri barədə Birləşmiş Ştatlar və İsrailə informasiya ötürməkdə təqsirli bilinən şəxsin edam oldunduğunu bildirir.

İİKK-nın Qüds qüvvələrinin komandiri olmuş Qasem Soleimani bu ilin yanvarında Bağdad yaxınlığına ABŞ-ın dron zərbəsilə öldürülüb.

“Mahmud Musavi-Majd-a qarşı ölüm hökmü bazar ertəsi səhər icra olunub, o, casusluqda təqsirli bilinib və bununla da onun vətənə xəyanət işi birdəfəlik bağlanır”, – ədliyyənin Mizan Online vebsaytı iyulun 20-də yazıb.

İran hakimiyyəti iyunda bildirmişdi ki, Musavi-Majd Soleimani-nin yeri haqda informasiya ötürüb.

General yanvarın 3-də vurulmuşdu, buna cavab olaraq İran İraqda 110-dək ABŞ əsgərinin yerləşdiyi bazaya ballistik raket zərbəsi endirdi.

Bundan bir neçə saat sonra isə İran qüvvələri Tehrandan havaya qalxan Ukrayna sərnişin təyyarəsinə təsadüfən atəş açdı, 176 nəfər həlak oldu.