Fransa Prezidenti Emmanuel Macron Daxili işlər naziri Christophe Castaner-i vəzifədən çıxarıb. Hazırda ölkədə hökumətdə dəyişikliklər olunur. Bu dəyişikliklər polis qəddarlığına etirazlardan sonraya təsadüf edir.
Castaner etirazçılarla polisin sərt davranışına görə tənqid olunurdu.
Macron iyulun 6-da keçmiş büdcə naziri Gerlad Darmanin-i daxili işlər naziri təyin edib. Prezident ədliyyə və ekologiya nazirlərini də dəyişib.
Bir neçə gün öncə Macron Baş nazir Edouard Philippe-ni vəzifədən kənarlaşdırıb, bu posta Jean Castex-ni təyin edib. Philippe Macron-un prezidentliyinin ilk üç ilində hökumətə başçılıq edib.
Macron iyulun 5-də tvitində yazıb ki, Fransa beynəlxalq dəyişikliklər və ölkənin üzləşdiyi böhranları yoluna qoymaq üçün “yeni cığır açmalıdır”.
Prezident maliyyə və səhiyyə nazirlərini dəyişməyib.
Macron vəkil Eric Dupond-Moretti-ni ədliyyə, əvvəllər Yaşıllar Partiyasının üzvü olmuş Barbara Pompili-ni isə ətraf mühit naziri təyin edib.
Ötən həftə keçirilən bələdyyə seçkisində Yaşılların namizədləri altı böyük şəhərdə qələbə qazanıb.
Macron-un prezidentlik müddəti 2022-ci ildə başa çatır və seçkiyə yenidən qatılacağı haqda bir söz deməyib.