Jurnalistləri Müdafiə Komitəsi mediaya təzyiqləri pisləyir

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətinin ölkənin ən yaşlı müstəqil radio və televiziya şirkətinin yayımının dayandırmasını və müstəqil və müxalifət mətbuatını sıxışdırmasını pisləyir: «Yerli medianın verdiyi məlumata görə, hakimiyyət orqanları noyabrın 24-də ANS-in binasını möhürləyib, yayım avadanlığını isə müsadirə edib. Telekompaniyanın bağlanması xarici radio proqramların da azərbaycanlıların çoxunun üzünə bağlanması ilə nəticələnib. 1991-ci ildə yaranmış bu məşhur yayım şirkəti BBC, Azad Avropa/Azadlıq və Amerikanın Səsi radiolarının verilişlərini də yayımlayırdı».


Milli Teleradio Şurası media hüquqlarını pozduğunu və cərimələri ödəmədiyi üçün noyabrın 24-də ANS-in fəaliyyətini dayandırıb.