Ermənistan fövqəladə vəziyyəti uzadır

Ermənistanda tibb işçisi

Ermənistanda tibb işçisi

Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin “gərginliyi”ni nəzərə alaraq fövqəladə vəziyyəti daha bir ay uzadıb.

Hökumət iyunun 12-də keçirilən növbədənkənar iclasda martın ortasından tətbiq olunan vəziyyəti iyulun 13-dək uzadıb.

“Epidemioloji vəziyyət gərgin olaraq qalır... etiraz yoxdursa, ölkədə fövqəladə vəziyyət iyulun 13-dək uzadılır”, – Baş nazir Nikol Pashinian parlamentdə deyib.

İyunun 12-nə olan məlumata görə, ölkədə koronavirusa 15 min 281 nəfər yoluxub, onlardan 258 nəfəri vəfat edib.