Hərbçilər mühakimə olunur

Arxiv fotosu

Qazaxıstanda 16 hərbçi və Müdafiə Nazirliyi rəsmisi silah anbarında ötənilki partlayışa görə məhkəmə qarşısına çıxarılıb. 2019-cu ilin iyununda baş vermiş partlayışda dörd nəfər həlak olmuşdu.

İyunun 11-də ölkənin cənubundakı Şimkent şəhərində hərbi məhkəmədə proses başlanıb.

Şimkentdən 67 km qərbdə yerləşən Aris şəhərində yanğın dörd gün çəkmiş, üç nəfər ölmüş onlarla sakin xəsarət almışdı.

Dördüncü qurban, 8 yaşlı oğlan uşağı bir neçə həftə sonra xəstəxanada dünyasını dəyişdi.

16 təqsirləndirilən sırasında Aris şəhərindən hərbçilər, Müdafiə Nazirliyinin bəzi aparıcı rəsmiləri var. Onların altısı məhkəməyə videolink vasitəsilə paytaxt Nur-Sultandan qoşulub.

Əsas ittihamlar səhlənkarlıq, silah anbarında təhlükəsizlik qaydalarının pozulmasıdır.

Hadisə vaxtı 35 min sakin Şimkentdəki evlərinə, başqa şəhərlərə qaçıb, hakimiyyət fövqəladə vəziyyəti qaldırandan sonra qayıdıb.

Rəsmilər şəhərdəki binaların 85 faizinə yanğında ziyan dəydiyini açıqlayıb.