İranda tibb tələbələri xalq təbabətini də öyrənəcəklər

İran ruhaniləri xəstəxanada, arxiv fotosu

İranın Səhiyyə Nazirliyi bildirib ki, təbabət, diş müalicəsi və farmakologiya öyrənən tələbələr iki kurs xalq təbabəti də keçəcəklər. Bu haqda İran mediası iyunun 8-də yazıb.

Bu ölkədə koronavirusdan 8 min 500-dək xəstə vəfat edib, 175 mindən çox yoluxan var. Ancaq real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Son həftələr ərzində islam təbabətində özlərini ekspert elan etmiş bir sıra şəxslər koronavirusun müalicəsində təsdiqlənməmiş, potensial təhlükəli metodları təbliğ etməklə qalmaqal yaradıblar.

Səhiyyə rəsmilər isə saxta müalicələrlə bağlı xəbərdarlıq edib. İnternetdə qanunsuz ot məhsullarının satışı da bu sıradadır.

Ötən ay saxlanmış bir nəfər onlayn videoda iddia edirdi ki, dəvə sidiyi COVID-19-un qarşısını alır və onu müalicə edir.