Whelan-a 18 il həbs cəzası istənilib

Paul Whelan

Moskva məhkəməsində prokurorlar keçmiş amerikalı dəniz piyadası Paul Whelan-a 18 il həbs cəzası istəyiblər. O, casusluqda ittiham olunur.

Vəkili Vladimir Zherebenkov mayın 25-də deyib ki, Moskva Şəhər Məhkəməsi iyunun 15-də hökm çıxaracaq. Xəbəri Rusiya mediası yayıb.

50 yaşlı Whelan-ın Britaniya, Kanada və İrlandiya vətəndaşlığı var. O, məhkəmədə son bəyanatında bir daha günahsız olduğunu deyib.

Whelan 2018-ci ilin dekabrında Moskvada həbs olunub. Prokurorlar onun üstündən tapılan yaddaş kartında məxfi informasiya olub.

Whelan isə deyir ki, diski onun üstünə atıblar və həbsi siyasi motivlidir. O, həbsxana nəzarətçilərini pis rəftarda ittiham edirdi.

Məhkəmə dəlildə məxfi materiallar olduğundan qapalı keçirilib. Digər səbəbsə koronavirus pandemiyasına görə görülən karantin tədbirləridir.