“The Wall Street Journal” xəbər verir ki, Apple şirkəti bu ilin sonuna yaxın çatdırılmalı olan iPhone-nun kütləvi istehsalını bir aylığa dayandırır.
Qəzet aprelin 27-də dəyişikliklə tanış şəxslərə istinadla yazıb ki, bu addıma koronovirus pandemiyasının qlobal tələbata və Asiyada istehsalçılara təsiri səbəb olub.
Qəzetin məlumatına görə, çətinliklərə baxmayaraq, Apple 2020-ci ilin sonuna 5G ilə işləyən dörd yeni iPhone modelini buraxmağı planlaşdırır.
Apple dünyada Samsung-dan sonra ikinci böyük mobil telefon istehsalçısıdır.
Martın 26-da “Nikkei” yazırdı ki, Apple istehsal artımını bir neçə aylığa dayandırmağı nəzərdən keçirir.