İranda yeniyetmənin edamı BMT ekspertlərini ‘sarsıdıb’

Arxiv fotosu

BMT-nin insan haqları ekspertləri İranın beynəlxalq hüququ pozaraq daha bir yeniyetməni edam etməsinin onları “sarsıtdığını” deyirlər.

Ölümlə nəticələnmiş bıçaqlanmada təqsirli bilinəndə 17 yaşı olan Shayan Saeedpour aprelin 21-də edam olunub, BMT-nin xüsusi məruzəçiləri Javaid RehmanAgnes Callamard bəyanatlarında bildirirlər.

Onlar İranın tezliklə daha artıq edam həyata keçirəcəyindən narahatlıq ifadə ediblər, onların sırasında daha bir yeniyetmə də ola bilər.

Saeedpour 2018-ci ilin oktyabrında qətldə təqsirli bilinərək ölümə məhkum edilib.

İran koronavirusdan ən çox ziyan görmüş ölkələrdəndir, 5 min 300 nəfərin virusdan öldüyü bildirilir. Martda 100 minədək məhbus müvəqqəti azadlığa buraxılıb.

Saeedpour martın sonunda qiyam nəticəsində məhbəsdən qaçan onlarla məhbusdan biriydi. O, aprelin 3-də yenidən həbs olunub.

BMT ekspertləri deyirlər ki, İran hakimiyyəti ölüm cəzasını gözləyənlərin edamı sürətləndirə, məhbuslara işgəncə verə, qiyamda iştirak edənləri mühakiməsiz öldürə bilər.