İranda koronovirusdan ölənlərin sayı 4 min 500-ü keçib

Ruhanilər Tehranda koronaviruslu xəstələrə baş çəkir

İranın Səhiyyə Nazirliyi ölkədə koronovirus pandemiyasından daha 111 nəfərin dünyasını dəyişdiyini açıqlayıb. Bununla da ölkədə virus qurbanlarının sayı 4 min 585 nəfərə çatıb.

Yoluxanlar isə 73 min 303 nəfərdir, təkcə ötən gecə 1617 yeni yoluxma halı açıqlanıb. Məlumatı Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur aprelin 13-də verib.

Jahanpur deyib ki, koronavirusa yoluxanlardan 3 min 877 nəfərin vəziyyəti ağırdır.

Bir çox iranlı və beynəlxalq ekspertlər düşünürlər ki, İran hökuməti pandemiya rəqəmlərini bilərəkdən azaldır.