Bu gün, martın 13-dən etibarən Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 markalı benzinin qiymətlərində ucuzlaşma olduğu bildirilir.
Bakının Yasamal rayonundakı yanacaqdoldurma məntəqələrinin birindən də bu deyilənləri təsdiq ediblər.
Verilən məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.20 manat, Aİ-98 markalı benzinin isə 1.40 manat olub.
Azərbaycanda istehsal edilən Aİ-92 benzini və dizel yanacağının qiymətlərində hər hansı dəyişiklik olmayıb.
Buna qədər Aİ-95 markalı benzinin qiyməti 1.50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1.60 manat idi.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlər Azərbaycana idxal edilir. Onların qiymətini Tarif Şurası tənzimləmir.
Azərbaycanda sonuncu dəfə bu markalı benzinlərin qiyməti 2018-ci ilin avqustunda bahalaşmışdı.