Həftəsonu Avropada güclü tufan azı 6 nəfərin həyatına son qoyub. Ölüm halları Çexiya, Polşa, İsveçrə, İsveç, Sloveniya və Britaniyada qeydə alınıb.
Tufan nəticəsində xəsarət alanlar da olub.
Kiara qasırğası fevralın 9-da Böyük Britaniya və İrlandiyadan keçərək şərqə doğru irəliləyib. Avropada onminlərlə adam elektriksiz qalıb.
Eyni zamanda yüzlərlə reys təxirə salınıb. Almaniyanın 4 şəhərində 700-dən artıq reys dayandırılıb.
Niderlandda isə fevralın 10-da 220-dək reys təxirə salınıb.
Tufan İngiltərədə daşqınlara səbəb olub, bir çox ölkələrdə dəmiryolunun işini əngəlləyib.
Sinoptiklər Danimarka, İsveç və Finlandiya sahillərində suyun səviyyəsinin qalxacağı xəbərdarlığını ediblər.