Namizədlərin 'yarpaq tökümü' davam edir

Sizin brauzer HTML5-i dəstəkləmir

"Namizəd alveri" iddiaları nə qədər realdır?

Bu gün, fevralın 7-i səhər saatlarına olan məlumata görə, deputatlığa namizədlərin sayı 1317 nəfərdir.

Bu barədə Mərkəzi Seçki Komissiyasından ( MSK) bildiriblər.

MSK-dan xatırladıblar ki, bu il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində ümumilikdə 1637 nəfərin namizədliyi qeydə alınıb. «Həmin 1637 nəfərdən indiyə qədər 319 nəfəri namizədliyini geri götürüb, 1 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib»,- MSK-dan qeyd ediblər.

1321 namizəd qalıb

Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.

MSK-dan verilən məlumata görə, bu il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etmək üçün ümumilikdə 2341 nəfər müraciət edib: «Bundan 1637 nəfərin namizədliyi rəsmən qeydə alınmışdı. Həmin 1637 nəfərdən indiyə qədər 315 nəfəri namizədliyini geri götürüb, 1 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib».

Namizədliyini geri çəkən şəxslərin bir çoxu bununla bağlı geniş açıqlama verməyiblər. Onlardan bəziləri bu addımı müəyyən məsləhətləşmələrdən sonra atdıqlarını, bir qismi də başqa rəqibini müdafiə edəcəklərini bildirmişdilər.

Hərçənd, bəzi media orqanlarında bir sıra namizədlərə təzyiqlər olduğu da iddia edilir. Amma hakimiyyət orqanları bu iddiaları təsdiqləməyiblər.

Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədi ilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.