Külək 7 ağac aşırıb, iki avtomobil əzilib

Külək

Fevralın 4-də əsən külək nəticəsində Bakı şəhərində 7 ağac aşıb.

Bu barədə Bakı şəhər Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, 10-15-ə qədər də ağacların qol-budaqlarının sınması qeydə alınıb.

İdarə rəisi əlavə edib ki, onlara ağac aşmaları nəticəsində Nəsimi və Yasamal rayonlarında iki minik avtomobilinin əzilməsi barədə məlumat da daxil olub.