Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun «Heydər Əliyev» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda onun Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edildiyi bildirilir.
Fevralın 3-də prezident ordeni P.Bülbüloğluna təqdim edib.