Dəm qazından iki zəhərlənmə

Sizin brauzer HTML5-i dəstəkləmir

Dəm qazından qoruxnmaq üçün nələri bilmək, nə etmək lazımdır?

Paytaxtın Sabunçu rayonunda son iki gündə iki nəfər dəm qazından zəhərlənərək ölüb. APA-nın məlumatına görə, Kürdəxanı qəsəbəsində 55-yaşlı Zahidə Almazova yaşadığı evdə dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı araşdırma aparıldığı deyilir.

Bundan başqa, Ramana qəsəbəsi Bünyatzadə küçəsi, ev 30/2-də yaşayan Azərbaycan çempionu, 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamamda dəm qazından boğulub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Adətən, qış mövsümündə dəm qazından zəhərlənmə halları artır və əksər hallarda bu ölümlə nəticələnir.