Tanınmış basketbolçu, NBA əfsanəsi Kobe Bryant ABŞ-ın Kaliforniya ştatında vertolyot qəzasında həlak olub.
Beşqat NBA çempionu, ikiqat Olimpiya qızıl medalçısı Bryant-ın 41 yaşı vardı.
Yanvarın 26-da baş vermiş qəzada ümumilikdə 9 nəfər həlak olub.
Ulduz basketbolçunun 13 yaşlı qızı Gianna da ölənlər arasındadır.
“Sikorsky S-76” vertolyotu yerli vaxtla səhər 10-da qəzaya düşüb. Vertolyotun düşdüyü yerdə xəsarət alan olmayıb.
Bryant öz nəslinin ən tanınmış basketbolçularından idi.
O, 20 illik karyerasının böyük hissəsini “Los Angeles Lakers” komandasında keçirib, 2000, 2001 və 2002-ci illərdə NBA çempionatlarının qalib olub.
Bryant 2016-cı ildə təqaüdə çıxıb.
Ailəli idi, dörd qızı var.