Birləşmiş Ştatların Rusiyaya yeni təyin olunmuş səfiri John Sullivan Vaşinqtonda rusiyalı həmkarı Anatoly Antonov-la görüşüb.
“Tərəflər Rusiya-ABŞ münasibətlərinin indiki status və perspektivləri üzrə fikir mübadiləsi aparıblar”, – Rusiya səfirliyi dekabrın 30-da keçirilmiş görüşdən sonra deyib.
Sullivan iki keçmiş administrasiyada xidmət edib, Dövlət katibi Mike Pompeo-nun yaxın dostudur. Onu səfir vəzifəsinə Senat dekabrın 12-də təsdiqləyib, dekabrın 23-də and içib.
Prezident Donald Trump administrasiyasında dövlət katibinin müavini kimi çalışmış Sullivan ABŞ-ın Rusiya siyasəti ilə məşğul olub, iyulda Moskva ilə terrorçuluq əleyhinə danışıqlar aparıb.
2018-ci ilin yazında Rex Tillersonun istefasından sonra o, qısa müddətə dövlət katibinin vəzifəsini də icra edib.
Səfir vəzifəsində o, avqustda istefa vermiş Jon Huntsman-ı əvəzləyəcək.