Bolqarıstan qaz alışı marşrutunu dəyişir

Bolqarıstanın Baş naziri Boyko Borissov TürkAxını kəmərinin bir hissəsinin açılışında, arxiv fotosu

Bolqarıstan dekabrın 30-da elan edib ki, yanvarın 1-dən Rusiyanın Gazprom şirkətindən təbii qazı TürkAxını kəmərilə almağa başlayacaq. Ukrayna və Rumıniya ərazisindən tranzitdən yayınmaqla ilə on milyonlarla avro qənaət edəcəyini bildirir.

Enerji naziri Tememoujka Petkova bu addımın “iqtisadi təsiri və bolqarıstanlı müştərilər üçün daha yaxşı şərtləri”ndən danışıb. Bundan ötrü Bolqarıstanın şəbəkəsini Türkiyə ilə sərhəddə TürkAxını kəmərinə birləşdirən 11 kilometrlik kəmər tələb olunub.

“Rusiyadan qaz təchizatının daxilolma məntəqəsini dəyişirik”, – Petkova deyib.

Bolqarıstan ilə 3 milyard kubmetr qaz işlədir və Rusiyadan demək olar asılıdır.

2009-cu ildə Rusiya və Ukraynanın qaz mübahisəsi vaxtı ölkənin qaz idxalı kəsilmişdi. Bundan sonra diversifikasiya cəhdləri sürətləndi. Buraya Yunanıstan ərazisindən Xəzər qazını çatdıracaq kəmər də daxildir.

TürkAxını yanvardan işə düşür və ilə 2,9 milyard kubmetr qaz nəql edəcəyi gözlənir. Kəmərin hədəflərindən biri Ukraynadan yan keçməkdir.