Avstraliyada ilin ən isti günü qeydə alınıb

Sidney yaxınlığı

Bu həftə Avstraliyada ilin ən isti günü qeydə alınıb və isti dalğasının daha da güclənəcəyi gözlənir.

Dünən – dekabrın 17-də Avstraliyada temperatur 40.9 Selsiyə bərabər olub. İndiyədək rekord istilik 2013-cü ilin yanvarında qeydə alınmışdı – 40.3 dərəcə.

“İstilik daha da artacaq”, – meteoroloq Diana Eadie deyib.

“Frans Pres” agentliyi yazır ki, isti dalğası Avstraliyada qlobal istiləşmə barədə daha bir həyəcan təbilinin çalınması deməkdir.

Bir neçə aydır ölkəni meşə yanğınları bürüyüb, ən böyük şəhər olan Sidneyin şimalında “meqa-yanğın” baş verib.

Yanğın nəticəsində hava çirklənməsi təhlükəli səviyyəyə çatıb. Həkimlər bu durumu “ictimai səhiyyədə fövqəladə vəziyyət” adlandırıblar.