Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0.25 faiz bəndi azaldıb.

Bu qərarı bu gün, dekabrın 13-də AMB açıqlayıb.

Nəticədə uçot dərəcəsi 7.75 faizdən 7.50 faizə endirilib.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75 faizlik diapazonda müəyyənləşdirilib. (9.25% və 5.75%).

Məlumatda vurğulanıb ki, İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb: «Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2.6 faiz təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır».

AMB sonuncu dəfə oktyabrın 25-də uçot dərəcəsini 8 faizdən 7.75 faizə endirmişdi.