Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in Nazirlər görüşü keçiriləcək.
Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.
Məlumata görə, bu tədbir çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş də nəzərdə tutulur.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs əldə edilənə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon işğal edilib.
Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.