Noyabrın 17-də Rusiyanın OMON çevik polis dəstəsi antifaşist qrupunun təşkil etdiyi ənənəvi döyüş incəsənəti turnirini dağıdıb, azı 80 nəfəri saxlayıb. Məlumatı Rusiyada etirazlar və həbsləri izləyən OVD-Info qrupu yayıb.
Yarışma qrupun həmtəsisçilərindən olan Ivan Khutorskoy-un xatirəsinə həsr olunub. O, 10 il qabaq Moskvadakı evinin girişində güllələnib.
“Antifa”, yaxud antifaşist qrupunun üzvləri polis məntəqəsində pasportlarının fotolarının çəkildiyini bildirib. Bu qrup adətən ifrat-sağçı qruplara zorakı müqavimət göstərir.
İrqçiliyə qarşı mübarizəyə həsr olunmuş qarışıq döyüş incəsənəti turnirləri təşkil edən hüquqşünas Khutorsky R.A.S.H. – Qırmızı və Anarxist Skinhedlər qrupunun həmtəsisçisi olub.
Müstəntiqlər onun rusiyalı millətçi Aleksei Korshunov tərəfindən öldürüldünüyü bildirib.
Khutorskoy-un qətlindən sonra şübhəli Ukraynanın Zaporojye regionunda gizlənib, 2011-ci ilin sentyabrında orada dünyasını dəyişib.
Təhqiqat onun üzərində gəzdirdiyi qumbaranın təsadüfən partlaması nəticəsində öldüyünü üzə çıxarıb.