Bu gün, oktyabrın 24-də milli komandaların FIFA reytinqi açıqlanıb.
Azərbaycan millisi 111-ci pilləyə enib.
Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın hesabında 1189 xal var. Yığma ötən ayla müqayisədə 2 pillə geriləyib.
Nəticədə milli ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq, 111-ci sıraya enib.
Cədvəldə Belçika yığması yenə birincidir – 1755 xal. İkinci yerdə Fransa, üçüncü yerdə isə Braziliya qərarlaşıb.
Azərbaycanda da çoxsaylı azarkeşi olan Türkiyə yığması 32 yerdədir.
Azərbaycanın qonşularından Gürcüstan 90-cı, Ermənistan isə 99-cu yerdə qərarlaşıb.