Əfqanıstanın şərqində məsciddə iki partlayış törədilib, 30-dək adamın öldürüldüyü xəbər verilir. Hadisə oktyabrın 18-də cümə namazı zamanı baş verib.
Yerli vilayət rəsmisi Sohrab Qaderi günorta namazı vaxtı törədilən partlayışda azı 29 nəfərin öldürüldüyünü, 100-dən çox adamın yaralandığını bildirib. Sözügedən məscid Nangarhar vilayətinin Haska Mena rayonunda yerləşir.
“Ölü sayı arta bilər, xilasedicilər və camaat dağıntılar altından qalıqları çıxarmağa çalışır”, – Qaderi deyib.
Digər rəsmi qurbanlardan bəzilərinin dağıntılar altında qaldığını deyib.
“Partlayış zamanı məscidin tavanı uçub”, – Nangarhar vilayət valisinin sözçüsü Attaullah Khogyani söyləyib.
Hələlik, partlayışa görə məsuliyyəti götürən olmayıb.