İnternetdə kəsilmələr olub

İnternet

Bu gün, oktyabrın 16-sı səhər saatlarından «Azercell» şəbəkəsində problemlər yaşandığı bildirilir.

Bununla bağlı ayrı-ayrı vətəndaşlar şikayətlərini dilə gətiriblər. Verilən məlumatlara görə, mobil operatorun abunəçiləri zəng və internet xidmətlərindən istifadədə çətinlik çəkiblər. Hətta bəzi ticarət mərkəzlərində onlayn ödəniş etməkdə problem də yarandığı qeyd edilir.

«Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülməkdədir». «Turan» agentliyinin xəbərinə görə, bunu isə «Azercell Telecom» MMC-dən bildiriblər.

Xəbərə görə, qurumun əməkdaşı qeyd edib ki, qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa olunacaq.

Amma problemin yaranma səbəbi izah edilməyib.